Türkiyə Superliqası təmsilçisi "Karagümrük" yeni baş məşqçisini açıqlayıb. Sport24.az xəbər verir ki, komanda Aleksandar Stanоеviçlə anlaşıb.
O, bu postda istefaya göndərilən Marsel Lickanı əvəzləyib.
Qeyd edək ki, Stanоеviç 2023/2024 mövsümündə bir müddət başqa bir Türkiyə komandası - "Konyaspor"u çalışdırıb. "Karagümrük" Superliqada 9 xalla sonuncu sırada yer alıb.