"Olimpiakos"un yarımmüdafiəçisi Santyaqo Esse karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Qalatasaray" argentinalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "Metrosport" məlumat yayıb.
"Sarı-qırmızılar" Esseni yanvar ayında heyətinə qatmağa çalışacaq. Yunanıstan klubu 24 yaşlı dayaq yarımmüdafiəçisi üçün 20 milyon avro tələb edir.
Qeyd edək ki, Santyaqo Esse bu mövsüm "Olimpiakos"un heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.