"Verder" Donetsk "Şaxtyor"unun 26 yaşlı sağ cinah müdafiəçisi Yefim Konoplya ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə Sport.ua portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, alman klubu oyunçunun keçidini qış "transfer pəncərəsi"ndə həll etmək istəyir. Razılıq əldə olunmazsa, Almaniya klubu 2026-cı ilin yayında Konoplyanı azad agent kimi "rənglərinə bağlaya" bilər.
Qeyd edək ki, Konoplyanın "Şaxtyor"la müqaviləsi gələn ilin sentyabrında başa çatır. O, peşəkar karyerasının böyük hissəsini Donetsk klubunda keçirib, 2019-cu ildən 2021-ci ilə qədər icarə əsasında "Desna"nın formasını geyinib.
Müdafiəçi bu mövsüm 19 matçda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.