"Real"ın və İspaniya millisinin keçmiş müdafiəçisi Serxio Ramos karyerasını Avropada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Actu Foot" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Fransa təmsilçisi "Nitsa" oyunçu ilə müqavilə imzalamaqda maraqlıdır. Ramosla klub nümayəndələri arasında danışıqlar davam edir.

 

Qeyd edək ki, 39 yaşlı Ramosun son klubu dekabrın əvvəlində ayrıldığı Meksikanın "Monterrey" klubu olub.