"Latsio"nun baş məşqçisi Mauritsio Sarri ürəyindən əməliyyat olunub. Sport24.az Roma klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 66 yaşlı Sarriyə qulaqcıqların fibrillyasiyası diaqnozu qoyulub və italyan mütəxəssis transkateter ablasiyasından uğurla keçib.

 

Mənbənin sözlərinə görə, o, yaxın günlərdə komanda ilə məşqlərə davam edəcək və yanvarın 4-də keçiriləcək "Napoli" ilə matçda texniki zonada yer alacaq. 

 

Qeyd edək ki, Sarri 2019-cu ildə "Çelsi" ilə Avropa Liqasını, 2019/20 mövsümündə isə "Yuventus"la  İtaliya çempionluğunu qazanıb.