Azərbaycan millisinin futbolçusu Renat Dadaşov özünə klub axtarır. Sport24.az-ın əldə etdiyi məlumata görə, qışda Polşanın "Motor" komandasından ayrılacağı demək olar ki, dəqiqləşən hücumçu Türkiyə təmsilçilərinə də təklif olunub.
Forvardın agenti onun xidmətini I Liqa klubları, həmçinin Superliqanın autsayderlərinə də təqdim edib. Renat daha əvvəl qardaş ölkədə "Hatayspor" və "Ankaragücü" kimi komandaların formasını geyinib.
Dadaşovun karyerasını Azərbaycanda davam etdirmə ehtimalı da var. Milli üzvü Premyer Liqa klubları ilə də danışıqlar aparır.
Qeyd edək ki, Renat Dadaşovun "Motor"la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. Lakin klub onu transferə çıxarıb.