UFC-də yüngül çəkidə keçmiş dünya çempionu Həbib Nurməhəmmədov gələn il keçiriləcək dünya çempionatında bir matça iki VIP bilet qazandığını açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

 

Dünən və bu gün Dubayda Dünya İdman Sammiti keçirilir. Tədbirdə Həbib də daxil olmaqla bir çox idman ulduzu iştirak edir. Keçmiş döyüşçüsü Madinat Jumeirah kompleksinin ön sırasında oturarkən, səhnədə olan FİFA prezidenti Canni İnfantino onunla birlikdə olan əfsanəvi braziliyalı hücumçu Ronaldoya DÇ-2026-ya iki  bilet üçün namizədni irəli sürməsini təklif edib.

 

Bu şərəf Ronaldonu fəal şəkildə dəstəkləyən və onun adını çəkməsini istəyən, hətta zarafatla braziliyalıya hədə-qorxu gələn Nurməhəmmədova nəsib olub. "Xəbib artıq məni döyür", - deyə keçmiş futbolçu zarafat edib. FİFA prezidenti isə "bu, ən təhlükəsiz seçimdir" deyərək, braziliyalı ulduzla razılaşıb.

 

Səhnəyə çıxdıqdan sonra isə Həbib İnfantinodan "bu VIP bilet sayılıb-sayılmadığını" soruşub. Ardınca isə "artıq adi biletlər almışam. Xahiş edirəm, mənə VIP biletlər verin" söyləyib. FİFA prezidenti isə dağıstanlıya onun xahişini yerinə yetirəcəyinə söz verib.