"Flamenqo"nun baş məşqçisi Filipe Luis klubla 2027-ci ilin dekabr ayına qədər davam edəcək yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.

 

Luisin rəhbərliyi altında "Flamenqo" bu il Braziliya çempionluğunu qazanıb.

 

Həmçinin noyabrda komanda onun rəhbərliyi altında finalda "Palmeyras"ı 1-0 hesabı ilə məğlub edərək Libertadores Kubokunu da qazanıb.

 

Qeyd edək ki, bu qələbə sayəsində "Flamenqo" 2029-cu ildə təşkil olunacaq klublararası dünya çempionatına vəsiqə qazanıb.