Nüfuzlu "Transfermarkt" portalı bu gün dünyanın ən bahalı 10 qapıçısının siyahısını dərc edib. Sport24.az xəbər verir ki, ən bahalı qapıçı "Mançester Siti" və İtaliya millisinin "çərçivə qoruyucusu" Canluici Donnarumma olub. "Şəhərlilər"in qolkiperinin dəyəri 45 milyon avro qiymətləndirilir.
"Portu"nun qapıçısı Dioqo Kosta reytinqdə ikinci (40 milyon avro), Dortmund "Borussiya"sının formasını geyinən Qreqor Kobel isə üçüncü (40 milyon avro) yerdədir.
Qeyd edək ki, Donnarumma 2025-ci ilin yayından "Mançester Siti"də çıxış edir. İtaliyalı qapıçı karyerası ərzində "Milan" və PSJ-nin şərəfini qoruyub.