"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal Avropanın top-liqalarında driblinq sayına görə hamını qabaqlayır. Sport24.az xəbər verir ki, 18 yaşlı futbolçunun 524 cəhddən 285-i uğurla yekunlaşıb. 

 

Bütün turnirlər nəzərə alınmaqla heç bir oyunçu Yamal qədər driblinq etməyib.

 

Qeyd edək ki, Yamal 2025/2026 mövsümündə bütün turnirlər nəzərə alınmaqla 20 matçda meydana çıxıb. Onun aktivində 9 qol və 11 məhsuldar ötürmə var. "Transfermarkt" portalı futbolçunun bazar dəyərinin 200 milyon avro təşkil etdiyini bildirib.