"Fənərbaxça" "Milan"nın hüçumcusu Kristofer Nkunkunu transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzeta dello Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Super Liqada "Qalatasaray" ilə mübarizə üçün "Fənərbaxça" Nkunkunu əsas transfer hesab edir. "Milan" isə fransız hücumçunun gələcəyi ilə bağlı yanvar ayında qərarını verəcək.

Qeyd edək ki, 28 yașlı fransız futbolçu bu il bütün turnirlər daxil olmaqla "Milan"nın heyətində 15 oyun keçirib və 3 qol vurub.