"Milan"ın və ABŞ millisinin 27 yaşlı hücumçusu Kristian Pulişiç 28 yaşlı amerikalı aktrisa Sidni Suini ilə münasibətləri barədə yayılan şayiələrə münasibət bildirib. Sport24.az xəbər verir ki, futbolçu bu barədə sosial media hesabında paylaşım edib:

 

"Mənim və Sidni Suini haqqında yayılan şayiələr yalandır. Gəlin bu axmaq dedi-qoduları dayandıraq. Yalan yazan mənbələr məsuliyyətə cəlb olunmalıdır, çünki onlar insanların həyatına təsir edə bilər. Xahiş edirəm, şəxsi həyatım haqqında uydurma hekayələr yazmağı dayandırın".

 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda futbolçunun aktrisa ilə münasibətdə olduğu barədə məlumatlar yayılmışdı. Suini əvvəllər məşhur prodüser Skuter Braunla eşq yaşayıb.

Pulişiç bu mövsüm "Milan"ın heyətində bütün turnirlərdə 14 oyunda iştirak edib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.