AFFA-nın Region Liqasında mübarizə aparan "Lənkəran"ın futbolçusu Səlim Alıyevlə bağlı şikayəti ilə əlaqədar qərarı açıqlayıb.  Sport24.az xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı şikayəti qismən təmin edib.

 

Dekabrın 7-də "Zəfər 44" komandası ilə qarşılaşmada hakimlər briqadasını təhqir edən futbolçuya 4 matçlıq cəza verilmişdi.

 

Apellyasiya Arbitraj Tribunalı isə cəzanı 3 oyuna endirib.