"Sabah" Masazırda "Levski" ilə oyunda tam gücünü ortaya qoymalıdır. Əks halda bunu acısını çəkə bilər". Bu sözləri Sport24.az-a açıqlamasında Novruz Əzimov deyib.
Təcrübəli mütəxəssis Konfrans Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsi baş tutacaq "Sabah" - "Levski" oyunundan gözləntilərini açıqlayıb:
"Düzdür, rəqib çox güclüdür. Bolqarıstan çempionatının son turunda da qələbə qazanıb. Ola bilər ki, səfərdə son saniyələrdə buraxılan qol psixoloji cəhətdən komandaya təsir etsin. Amma "Sabah" pis çıxış etmədi, əksinə göstərdi ki, "Levski"i ilə başabaş mübarizə aparmaq olar. İstək çox, oyun da var idi. Hər iki hissədə qapıya zərbələr endirdilər, sürətli hücumları oldu. Mənə elə gəlir ki, doğma meydanda çıxış etmək faktoru böyük rol oynayacaq. Şansları 50/50 dəyərləndirirəm".
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 14-də Masazırdakı "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək.