İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Stiven Cerrardın agenti müştərisinin "Spartak"ın baş məşqçisi postuna mümkün təyinatını müzakirə etməkdən imtina edib.

 

Mənbənin sözlərinə görə, imtinaya səbəb Rusiyadakı siyasi durumdur.

 

Qeyd edək ki, 45 yaşlı ingilisin son iş yeri yanvar ayında tərk etdiyi Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubu olub. Cerrard bundan əvvəl "Aston Villa", "Reyncers""Liverpul"un gənclər komandasını da çalışdırıb.