ESPN portalı Avropanın ən yaxşı məşqçilərini seçib. Sport24.az xəbər verir ki, reytinqə yalnız ən azı bir il hansısa komandaya rəhbərlik etmiş məşqçilər daxildir. Milli komandaların "sükanı arxasında" olan və bir mövsümdən çox işsiz qalan mütəxəssislər nəzərə alınmayıb.
ESPN-nin versiyasına görə, qitənin ən yaxşısı PSJ-nin baş məşqçisi Luis Enrike olub. İlk "3-lük"də həmçinin Arne Slot (Liverpul) və Pep Qvardiola (Mançester Siti) yer alıb.
Avropanın ən yaxşı məşqçilərinin reytinqi:
1. Luis Enrike (PSJ, Fransa)
2. Arne Slot ("Liverpul", İngiltərə)
3. Pep Qvardiola ("Mançester Siti", İngiltərə)
4. Xabi Alonso ("Real", İspaniya)
5. Hans-Dieter Flick ("Barselona", İspaniya)
6. Mikel Arteta ("Arsenal", İngiltərə)
7. Antonio Konte ("Napoli", İtaliya)
8. Simone İnzagi ("Əl-Hilal", Səudiyyə Ərəbistanı)
9. Can Pyero Qasperini ("Roma", İtaliya)
10. Ernesto Valverde ("Atletik", İspaniya)
11. Unai Emeri ("Aston Villa", İngiltərə)
12. Enzo Mareska ("Çelsi", İngiltərə)
13. Andoni İraola ("Bornmut", İngiltərə)
14. Oliver Qlasner ("Kristal Pelas", İngiltərə)
15. Eddi Hau ("Nyukasl", İngiltərə)