UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarını stadionlar izləyən azarkeşlər bəlli olub. Sport24.az xəbər verir ki, Bakıda "Qarabağ" və Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçirilmiş tamaşaçı sayına görə beşinci pillədə qərarlaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmada tribunada 30252 fanat əyləşib.

Qeyd edək ki, rəqibini 5:1 hesabı ilə üstələyən "Qarabağ" pley-offa yüksəlib. Ölkə çempionu bu raundda Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək.