"Beşiktaş" "Şalke"dən Taylan Bulutu transfer edib. Sport24.az xəbər verir ki, 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən Bulut 4 il "Şalke"də çıxış edib. O, Almaniyanın aşağı yaş qrup yığmalarının formasını geyinib.

 

Qeyd edək ki, Bulut son mövsümdə 29 oyunda iki qol və bir ötürmə ilə yadda qalıb.