Misli Premyer Liqasının 1-ci turu çərçivəsində bu gün daha 2 oyun keçiriləcək. Sport24.az xəbər verir ki, ikinci oyununun ilk matçı Şamaxıda keçiriləcək.
Uzun fasilədən sonra elitaya yüksələn "İmişli" "Turan Tovuz"u qonaq edir. Stadion probelmi səbəbindən "doğma divarlar"dan uzaq düşən, mövsümlərarası fasilədə heyəti demək olar ki, sıfırdan yığılan "pələnglər"in "boz qurdlar"la matçda necə təsir bağışlayacağı maraqla gözlənilir.
Elə qarşısına çempionluq hədəfi qoyulan Tovuz klubunun da mövsümə hazır olub-olmadığı da bu görüşdə məlum olacaq.
Qeyd edək ki. qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, I tur
17:00. "İmişli" - "Turan Tovuz" 0:0 (İkinci hissə)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov.
VAR: Tural Qurbanov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı. Şəhər stadionu.
"İmişli": 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 11. Vüsal Qənbərov, 3. Tuncay Cəfərli, 94. Rafael Vieqas, 14. Ronaldo Rodriqes, 6. Yau Moses, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Junior
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç
Baş məşqçi: Xorxe Kaskilya
"Turan Tovuz": 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 2. Abdulla Rzayev, 5. Roderik Miller, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 19. Roberto Olabe, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 6. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 23. Alexandro Serrano, 99. Vadji İbrahima
Baş məşqçi: Kurban Berdiyev