Misli Premyer Liqasının I turunun "İmişli" – "Turan Tovuz" oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Təxmin etdiyimiz kimi ilk oyun ağır oldu. Rəqib yaxşı müdafiə olunurdu. Şükürlər olsun, qələbə qazandıq.

 

– Qol vurmaqda çətinlik çəkirsiniz. Bu problemi necə həll etməyi düşünürsünüz?


– İlk oyunlar həmişə çətin olur. Toplanışa gec qoşulan oyunçular oldu. İbrahima Vadjiyə hazır olmaqçün vaxt lazımdır.

 

– İlk hissədə futbolçulara tez-tez əsəbləşirdiniz. Hansı tapşırıqlarınızı icra edə bilmirdilər?


– Bəzi məqamlar var ki, işləmişdik, amma alınmadı.

 

– Klub rəhbəri hədəflərinin çempionluq olduğunu dedi. Bugünkü oyunla həmin iddialara kölgə düşmədi?


– Məqsəd ciddidir və buna çatmağa çalışacağıq.

 

– Komandanın sol cinahında solaxay müdafiəçinin olmamağı problemdir?


– Düzdür, bu mövqe güclənməlidir. Müəyyən danışıqlarımız var.

 

– Neçə oyunçu transferi gözlənilir?


– Azı 2 istərdik, görək necə alınır.

 

– Rəhim Sadıxovun sona qədər meydanda qalmasının səbəbi nə idi?


– Rəhimin pis oynadığını düşünmürəm. Böyük iş gördü.

 

– Legioner transferini David Tavareş nə üçün heyətdə yox idi?


– Təəssüf ki, zədələnib.Yavaş-yavaş bərpa olur. Güman edirik ki, bizə kömək edəcək.

 

– Veysəl Rzayev meydana daxil olandan sonra top ona gələndə azarkeşlər tərəfindən fitə basılırdı. Azarkeşlərlə arasında olan problem Veysəlin oyununa necə təsir edəcək?

 

– Veysəl oyunçumuzdur. Digərlərinə olduğu kimi ona da eyni yanaşıram.

 

– Kapitan Şəhriyar Əliyevin kənarda qalması nə ilə bağlıdır?


– Rəqabətlə bağlıdır. Bu mövsüm müdafiədə güclü rəqabət var. Bununla bağlı məsələdir. Kim güclüdürsə, oynayır.

 

– Veysəl Rzayevin azarkeşlərlə arasını düzəltməyə çalışacaqsınız?

– Bəli, çalışacağıq.