Qadın voleybolçulardan ibarət "Milli Aviasiya Akademiyası" heyətini iki yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

 

Serbiyalı voleybolçular - Yovana Cociç və İva Laziçin keçidi rəsmiləşib. Onlarla 1 illik müqavilə imzalanıb.

 

Cociç son olaraq Yunanıstanın "AONS Milon", Laziç isə ölkəsinin "Partizan" komandasında çıxış edib.