PSJ-nin hücumçusu Usman Dembele UEFA Superkuboku matçının ən yaxşı oyunçusu seçilib. Sport24.az xəbər verir ki, bu barədə qitənin ali futbol qurumunun texniki heyəti qərar verib.

 

Dembele dəqiq ötürməsindən sonra Qonsalo Ramos matçda hesabı bərabərləşdirib. Bundan başqa fransalı forvard 11 metrlik zərbələr seriyasında da dəqiqi olub.

 

Qeyd edək ki, PSJ "Tottenhem"i məğlub edərək (əsas vaxtda 2-2; penaltilərdə 4-3) tarixində ilk dəfə UEFA Superkubokunu başı üzərinə qaldırıb.