Qanalı futbolçu Ovusu Kvabena "Qarabağ"a qayıda bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı hücumçunun yenidən Azərbaycan çempionunda çıxış etmək ehtimalı var.

2023-cü ildən Ağdam təmsilçisindən ayrılan oyunçu qayıdışı ilə bağlı danışıqlar aparılır. Keçid reallaşsa, onunla 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Ovusu Kvabenanın Macarıstan təmsilçisi "Ferentsvaroş"la müqaviləsi yayda başa çatıb. O, ötən mövsüm icarə əsasında çıxış etdiyi Türkiyənin "Ankaragücü" komandasında 16 oyuna 9 qolla yadda qalıb.