2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, "kimyaçılar" fransalı müdafiəçi İmani Barker ilə 4 illik müqavilə imzalayıb.
22 yaşlı oyunçu mövsümün sonuna qədər "Karvan-Yevlax" klubuna icarəyə verilib.
Qeyd edək ki, "Sumqayıt" buna qədər heyətinə Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə və Nikola Ninkoviç, Abdul Raşid Mumini, Masaki Murata və Keffel Resendeni cəlb edib.