"Real"ın hücumçusu Rodriqo karyerasını "Mançester Siti"də davam etdirməyə yaxındır. Sport24.az insayder Nikolo Şkiraya (X sosial şəbəkəsində 390 izləyici) istinadən xəbər verir ki, tərəflər arasında artıq müsbət yöndə ilkin danışıqlar baş tutub.
"Şəhərlilər" braziliyalıya müddəti 2030-cu ilə qədər nəzərədə tutulan müqavilə təklif etməyə hazırdır. Son qərar Rodriqodan asılıdır. O, İngiltərəyə yollanmağa razılaşarsa, "Real" 100 milyon avroluq transferlə bağlı danışıqlara başlayacaq.
Qeyd edək ki, "Mançester Siti"nin baş məşqçisi Xose Qvardiola da mətbuata açıqlamasında Rodriqonu komandasında görmək istədiyini bildirib.