"Sabah"ın "Levski"ni keçmək üçün şansı çoxdur". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.

Hazırda agent kimi fəaliyyət göstərən sabiq klub funksioneri komandalar arasında bu gün keçiriləcək matçla bağlı fikirlərini bölüşüb:

"Səfərdə minimal hesabla məğlub olsalar da, inanıram ki, doğma meydanda lazım olan nəticəni əldə edəcəklər. Sadəcə, qol imkanlarından maksimum istifadə edilməlidir. Bundan istifadə edə bilməsələr, çətinlik çəkəcəklər". 

 

Qeyd edək ki, komandalar arasında Sofiyada baş tutan ilk görüş "Levski"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.