Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının müdafiəçisi Nigar Mirzəliyeva növbəti dəfə Rusiya Premyer Liqasında turun rəmzi heyətinə daxil edilib. Sport24.az xəbər verir ki, "Zenit"in formasını geyinən 23 yaşlı futbolçu 17-ci turun simvolik yığmasında özünə yer etməyi bacarıb.

 

O, komandasının "Rubin"ə qalib gəldiyi (3:1) səfər oyununda 90 dəqiqə uğurlu performansına görə fərqləndirilib.

 

Xatırladaq ki, Mirzəliyevə bu mövsüm 8-ci və 10-cu turlarda da seçilib.