"Omoniya" cütün taleyini Bakıda həll etdi". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.

 

Hazırda agent kimi fəaliyyət göstərən millinin sabiq futbolçusu Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün baş tutacaq "Omoniya" - "Araz-Naxçıvan" qarşılaşması barədə fikirlərini bölüşüb:

 

"0:4 hesabından sonra geridönüş etmək çox çətindir. İndiki halda "Araz-Naxçıvan" üçün əsas olan ölkəmizə reytinq xalı qazandırmaqdır. İnanıram yaxşı müqavimət göstərəcəklər. İlk görüşdəki nəticə onu göstərir ki, oyunu çevirmək çətindir".

 

Qeyd edək ki, "Omoniya" - "Araz-Naxçıvan" oyunu bu gün, saat 21:00-da başlayacaq. Bakıda keçirilən ilk görüş Kipr təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.