Azərbaycan komandası Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında daha bir medal qazanıb. Sport24.az xəbər verir ki, kikboksinqçimiz Amin Quliyev (63,5 kq) fəxri kürsüyə yüksəlib.

 

O, Oyunlarda gümüş medal qazanıb.

 

Bununla da yarışdakı mükafatlarımızın sayı 4-ə yüksəlib. Daha öncə Tofiq Əliyev (tamblinq), İrina Zaretska (karate), Daniyel Abbasov və Murad Rəfiyev dueti (akrobatika) də Çenduda gümüş medala yiyələniblər.