Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən gənclər arasında muaytay üzrə dünya çempionatında Azərbaycan idmançıları uğurla çıxış edib. Sport24.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Yarışda idmançılarımızdan Elmir Talıbov və Ömər Mehrəliyev gümüş, Ramal Səmədzadə isə bürünc medal qazanıblar.