Azərbaycan boksçusu Sübhan Babayev (60 kq Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatına qələbə ilə başlayıb. Sport24.az xəbər verir ki, milli üzvü 1/8 finalda Luka Crnoqoraçı (Xorvatiya) mübarizədən kənarlaşdırıb.
Boksçu rəqibini 3:1 (29:27, 28:27, 29:27, 28:28, 27:29) hesabı ilə məğlub edib.
Babayev 1/4 finalda Simonas Puniskislə (Litva) üz-üzə gələcək. Döyüş oktyabrın 4-də olacaq.
Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.