"Cenoa"nın müdafiəçisi Koni de Vinter "Milan"la müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

 

23 yaşlı belçikalı ilə müqavilə 2030-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalı transferi 20 milyon avro qiymətləndirir.

 

Qeyd edək ki, de Vinter 2024-cü ilin yayında "Yuventus"dan "Cenoa"ya keçib. Belçikalı müdafiəçi 2024/25 mövsümündə 26 matçda 3 qol və 7 sarı vərəqə ilə yadda qalıb.