UEFA prezidenti Aleksander Çeferin UEFA Superkuboku uğrunda PSJ - Tottenham matçından öncə çıxış edib və "böyük beşlik" arasında ən çox bəyəndiyi liqanın adını çəkib. Sport24.az xəbər verir ki, İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravinanı da tərifləyib:

 

"Bizim siyasətimiz Superkuboku kiçik şəhərlərə gətirməkdir və burada Udinedə buna çox şadıq, gözəl matç olacaq.

İtaliya futbolu yaxşılaşır, Qravina (İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina) əla işləyir. İtaliya Liqası "böyük beşlik" arasında ən çox sevdiyimdir. Lakin struktur baxımından yaxşılaşdırılması lazım olan çox şey var".

 

Qeyd edək ki, ötən gecə UEFA Superkuboku uğrunda matçda PSJ (2:2, 3:2 pen.seriyası) "Tottenhem"i məğlub edərək kuboku başı üzərinə qaldırıb.