"Liverpul" "Parma"nın 18 yaşlı mərkəz müdafiəçisi Covanni Leonini "rənglərinə bağlayıb". Sport24.az xəbər verir ki, bu barədə insayder Farbrisio Romano sosial media hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, transferin məbləği 35 milyon avro və gələcək satışdan bir faiz təşkil edir.

 

Qeyd edək ki, Leoni ötən mövsüm bütün turnirlərdə 17 matçda iştirak edib və 1 qol vurub.