Bu gün keçiriləcək oyunlarla Konfrans Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq. Sport24.az xəbər verir ki, bu turnirdəki iki təmsilçimizdən biri olan "Araz-Naxçıvan" da cavab matçını keçiriəcək.

 

"Doğma divarlar" arasında Kipr təmsilçisi "Omoniya"ya 0:4 hesabı ilə yenilən Naxçıvan klubu Nikosiyada Bakı vaxtı ilə saat 21:00-da meydana çıxacaq. 

 

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində Avroliqanın PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə görüşəcək.

 

Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunu

21:00."Omoniya" (Kipr) - "Araz-Naxçıvan"

İlk oyun - 4:0

Baş hakim: Yakob Kehlet (Danimarka)
Nikosiya. GSP stadionu