Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq. Sport24.az xəbər verir ki, bu turnirdəki təmsilçimiz "Sabah" da mərhələnin cavab matçına çıxacaq.

 

"Bayquşlar" Masazırda bir həftə əvvəl Bolqarıstanda minimal hesabla məğlub olduğu "Levski"ni qəbul edir.

 

"Bank Respublika Arena"da baş tutacaq və ukraynalı hakimlər briqadasının idarə edəcəyi görüşün start fiti saat 20:00-da səslənəcək.

 

Qeyd edək ki, bu cütün qalibinin pley-off mərhələsindəki potensial rəqibləri "AZ Alkmar" (Niderland) və "Vaduts"(Lixtenşteyn) komandalarından biri olacaq.  

 

14 avqust

Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunu

20:00. "Sabah" (Azərbaycan) - "Levski" (Bolqarıstan) 

İlk oyun - 0:1
Baş hakim: Nikolay Balakin (Ukrayna)
Masazır. "Bank Respublika Arena"