"Sevilya" "Nyukasl"ın və Yunanıstan yığmasının qapıçısı Odissias Vlaxodimosu 2025/26 mövsümünün sonuna qədər icarəyə götürüb. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Ötən mövsüm 31 yaşlı qolkiper İngiltərə Liqa Kubokunda "Uimbldon"a qarşı (1:0) 45 dəqiqə oynayaraq "sağsağanlar"ın heyətində cəmi bir matçda iştirak edib.
Qeyd edək ki, Vlaxodimos 225 matçda iştirak etdiyi və 94 oyunda qapısını "quru" saxladığı "Benfika"dakı çıxışı ilə tanınır.