Mayın 17-də BƏƏ-də "Sharjah Masters" beynəlxalq şahmat turniri start götürəcək. Sport24.az xəbər verir ki, A əsas yarışında üç azərbaycanlı qrossmeyster - Məhəmməd Muradlı, Əhməd Əhmədzadə və Read Səmədov çıxış edəcək.
Turnirin reytinq favoriti Nodirbek Abdusattorovdur (Özbəkistan), ardınca Aniş Giri (Niderland) və Parham Maqsudlu (İran) gəlir.
Azərbaycanın daha bir təmsilçisi Gövhər Beydullayeva B turnirində mübarizə aparacaq.