Braziliya millisinin yeni baş məşqçisi Karlo Ançelotti bir neçə braziliyalı ulduza məşqçilər korpusunda yer almağı təklif edib. Sport24.az xəbər verir ki, bu barədə "CNN Brazil" məlumat yayıb.

 

Qeyd olunur ki, bu ulduzlardan biri də italiyalı mütəxəssisin rəhbərliyi altında 2007-ci ildə "Qızıl top"u qazanan Kakadır.

 

Ançelotti artıq məsələ ilə bağlı Kaka ilə əlaqə saxlayıb. Veteran futbolçu isə hələ qərarını açıqlamayıb. O da məlumdur ki, Kaka italyan mütəxəssisin təyinatı açıqlanandan sonra sosial şəbəkədə Karlonun ünvanına xoş sözlər yazıb.