Madrid "Atletiko"sunun hücumçusu  Anxel Korrea bu yay Meksika təmsilçisi "Tiqres"lə anlaşacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat paylaşıb.

 

Mənbənin sözlərinə görə, "Tiqres" argentinalı futbolçuya görə İspaniya təmsilçisinə təxminən 6 milyon avro təzminat ödəyəcək.

 

Qeyd edək ki, Argentina yığması ilə 2022-ci il dünya çempionu olan futbolçu 2015-ci ilin yanvarından "Atletiko"nun formasını geyirnir. O, bütün turnirlərdə 463 matçda meydana çıxıb, 87 qol vurub və 65 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.