"Heyət baxımından götürəndə "Sabah" mövsümü ən pis halda ilk "dördlü"də bitirməli idi. Sadəcə, müəyyən məqamlara və baş məşqçi dəyişikliklərinə görə çempionatda istənilən yerdə ola bilmədi". Bu sözləri "Sabah"ın sabiq baş məşqçisi Ramin Quliyev deyib.

Mütəxəssis "Sabah"ın avrokuboklardan kənar qalacağı halda bunu faciə hesab etməyin düzgün olmadığını bildirib: 

"Uğursuz mövsümü kubokun finalında "Qarabağ"a qalib gəlməklə sığortalamaq mümkündür. Yaradılan şəraitə görə "Sabah" avrokuboklara yollanmasa, deməli, klub olaraq qarşıya qoyulan məqsədə çatmayacaq. Bunu faciəyə çevirmək düzgün sayılmaz. Təbii ki, kubokun finalındadırlar və şansları qalıb. Ötən il də avrokuboklarda çıxış edib. Yenə deyirəm, bu il kənarda qalarlarsa və kuboku götürə bilməsələr, faciə yox, uğursuz mövsüm kimi qeyd etmək olar".

Qeyd edək ki, final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq.