"Napoli" Georgi Sudakova görə "Şaxtyor"a 35 milyon avro təklif edib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Şaxtyor" yarımmüdafiəçini əsas oyunçusu hesab edir və transfer üçün 35 milyondan çox istəyir. Futbolçunun özü də "Napoli"yə keçməkdə maraqlıdır. Sudakovun "Şaxtyor"la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
Qeyd edək ki, 22 yaşlı futbolçu 2021-ci ildən "Şaxtyor"da çıxış edir və ən perspektivli ukraynalı futbolçulardan biri hesab olunur. Sudakov bu mövsüm 24 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.