"Liverpul" Frankfurt "Ayntraxt"ının hücumçusu Juqo Ekitikenin xidmətində maraqlıdır. İngiltərə klubu 22 yaşlı fransızı bu yay heyətinə qatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "GiveMeSport" məlumat yayıb.

 

"Ayntraxt"ın futbolçusu üçün qarşı tərəfdən ən azı 100 milyon avro təzminat almağı düşünür. Yuqonun hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.

 

Qeyd edək ki, Ekitike bu mövsüm bütün turnirlərdə 47 matçda 22 qol vurub və 11 məhsuldar ötürmə edib.