Son günlər biatlon yarpaq tökümü ilə yadda qalır. Sport24.az xəbər verir ki, almaniyalı Deniz Hermanndan sonra iki əfsanavi norveçli qadın biatlonçu da karyeralarını bitirdiklərini açıqlayıb.

Söhbət 3 qat Olimpiya çempionu Marte Röyselandla Olimpiya Oyunlarının ikiqat qalibi Tirill Ekhoffdan gedir. Karyerası ərzində 13 dəfə dünya çempionu olan 32 yaşlı Röyseland çətin qərar qəbul etmək məcburiyyətində qaldığını söyləyib. O, bundan sonra həyatın yeni mərhələsinə qədəm qoymaq istəyini dilə gətirib.

10 qat dünya çempionu Tiril Ekhoff da 15 illik karyerasını artıq yekunlaşdırmağın daha məqsədəuyğun olduğunu bildirib. 32 yaşlı biatlonçu qərar verməkdə çətinlik çədiyini, amma indiki məqamda doğru addım atdığını düşünür.