Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq. Bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.

 

İbrahim Əliyev, Zəhra Salmanlı və Nərmin İskəndərova fevralı 7-14-ü aralığında Bəhreynin paytaxtı Manamada keçiriləcək dünya çempionatında 2 kateqoriyada çıxış edəcək.

 

İbrahim Əliyev SU-5 kateqoriyası üzrə kişilərin şəxsi yarışında, yeniyetmə paralimpiyaçımız Zəhra Salmanlı ilə Nərmin İskəndərova tandemi isə SH-6 kateqoriyası üzrə qadınların qoşa yarışında ilk dəfə dünyanın ən güclü parabadmintonçuları ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, İbrahim Əliyevlə Zəhra Salmanlı bu ilin oktyabrında Türkiyədə keçirilən Avropa çempionatında gümüş medallar qazanaraq daha bir ilkə imza atmışdılar.