Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri Özbəkistanda keçirilən təlim-məşq toplanışını başa vurublar. Sport24.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.

 

Fevralın 16-dan 28-dək davam edən hazırlıq prosesi may ayında keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyıb.