Misli Premyer Liqasının 22-ci turuna Tofiq Bəhrəmaov adına Respublika stadionunda yekun vurulacaq. Sport24.az xəbər verir ki, hesabat həftəsinin son oyun günündə çempionluq uğrunda mübarizə aparan iki komanda üz üzə gələcək.

 

"Qarabağ" "Sabah"ı qəbul edir. Turun mərkəzi qarşılaşmasına maraq yetərincə böyükdür. Bu görüş ərəfəsində "bayquşlar" 52 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Bir oyun az keçirən ağdamlılar isə 45 xalla ikincidir. Qonaqlar qalib gələcəyi halda çempionluq yolunda ciddi addım atmış olacaq. Meydan sahibləri qarşılaşmadn 3 xalla ayrılacağı təqdirdə isə "qızıl" uğrunda intriqa davam edəcək. Bu görüşü hər iki kollektiv üçün hətta 9 xallıq oyun kimi dəyərləndirmək olar.

 

Qeyd edək ki, 23 turun oyunlarına martın 7-də start veriləcək.

 

Misli Premyer Liqası

II dövrə, XXII tur

19:00.  "Qarabağ" - "Sabah"  

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.