Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Kayzerslautern" Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı təmsilçisi "doğma divarlar" arasında "Paderborn"la üz-üzə gəlib.

 

Matç meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

 

Mahir Emreli də bu oyunun iştirakçısı olub. Millimizin üzvü 46-cı dəqiqədə Leon Robinsonu əvəzləyərək meydana daxil olub.

 

Qeyd edək ki, hazırda aktivində 37 xal olan"Kayzerslautern" turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.