"Bavariya"nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasının 24-cü turunda Dortmund "Borussiya"sı ilə oyunda (3-2) dubl etməklə, şəxsi rekordunu yeniləyib. Sport24.az xəbər verir ki, artıq Keynin hesabında cari mövsümdə 45 qol var.
Bu isə onun karyerasının ən yaxşı nəticədir. Hücumçu "Bavariya"da debüt etdiyi 2023/24 mövsümündə 44 qol vurub.
Qeyd edək ki, Keynin cari "futbol ili"ndə Almaniya çempionatında 30 dəfə fərqlənib ki, bunlardan 10-u penalti olub. İngilis futbolçu 1980/81-ci illərdə Pol Breytnerin Almaniya liqasında bir mövsümdə ən çox penalti vuruşu rekordunu təkrarlayıb.