Asiya Futbol Konfederasiyası Yaxın Şərqdəki vəziyyətə görə Qərb Regionunda Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarının təxirə salındığını elan edib. Sport24.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məluçmat yayıb.

 

Qərb Regionuna Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, İran, Özbəkistan və İraq klubları daxildir. Qarşılaşmalar martın 2 və 3-ü tarixlərində Əbu-Dabi, Doha və Dubayda keçirilməli idi. Məsələ ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib. 

 

Yaponiya, Cənubi Koreya, Çin, Tayland, Avstraliya və Malayziya komandalarının yer aldığı Şərq Regionunda isə qarşılaşmalar planlaşdırıldığı vaxtda baş tutacaq. 

 

Qeyd edək ki, İsrail və ABŞ fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıblar. İranın "Mehr" xəbər agentliyi bu ölkənin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazalarına qarşı cavab zərbələri endirdiyini bildirib. Region ölkələri hava məkanlarını bağladığından əksər aviaşirkətlər uçuşları dayandırıblar.